İrina Bokova: Biz Bakıdan yeni ideyalarnan qayıdırıq

İrina Bokova: Biz Bakıdan yeni ideyalarnan qayıdırıq
10:08 7 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Biz düzgün yoldayıq. Biz hara və niyə getdiyimizi bilirik.

Trend-in "UNRadio"ya istinadən verdiyi məlumata görə, bu sözləri YUNESKO-nun Baş direktoru İrina Bokova deyib.

Kiberməkanda terrorçuluq xəbərdarlığı, ekstremizmə qarşı mübarizə aləti kimi qızların təhsili, mədəniyyətlərin yaxınlaşmasında turizmin rolu, şəhərlərdə miqrantlara münasibət və digər mövzular Forumda müzakirə olundu. İ.Bokovanın sözlərinə görə, Bakı Forumunun unikallığı bunda idi ki, bura nəinki hökümət nümayəndələri, həm də ekspertlər, akademik dairələrin və beznes nümayəndələri, alimlər və vətəndaş fəalları gəlmişdi.

YUNESKO-nun Baş direktoru hesab edir ki, onlar hamısı öz ölkələrinə yalnız bu işi davam etdirmək niyyətiynın yox, həmdə yeni ideyalarnan qayıdacaqlar. İrina Bokova əlavə etdi ki, Bakıdan nikbinlik hissi ilə ayrılır: "Mən bilirəm ki, biz düzgün yoldayıq və biz daha yaxşı bilirik, nəyi və necə etmək lazımdır".

Qeyd edək ki, Azərbaycan artıq 4-cü dəfədir ki, mədəniyyətlərarası dialoq məsələləri üzrə Forum təşkil edir. Əgər ilk görüşdə təxminən 40 ölkə iştirak edirdisə, bu il Bakıya 120 ölkədən nümayəndələr gəlmişdilər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2751063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR