Somalidə 1,4 milyon uşaq aclıqdan öləcək

Somalidə 1,4 milyon uşaq aclıqdan öləcək
10:28 7 May 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi məlumatlarına görə, Somalidə aclıq çəkən uşaqların sayı təxminən 50% artıb. İlin sonuna uşaqların sayının 1,4 milyona çatacağı gözlənilir.

Publika.az xəbər verir ki, təşkilatın hesablamalarına əsasən, 275 min uşaq qida yoxluğundan və kəskin xəstəliklərdən əziyyət çəkəcək. Somali xalqı xaricdən gələn qida yardımına bağlı yaşayır.

UNICEF-in rəsmi nümayəndəsi Stiven Louverera sözlərinə görə Somalidə hər gün uşaq ölümlərinin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir:

"Ərazidəki quraqlıq, müxtəlif xəstəliklər və əhalinin yerdəyişməsi uşaqlar üçün ölümcül nəticələrə gətirib çıxaracaq. Onların həyatını xilas etmək üçün çox az zamanımız var. Zəruri tədbirlər mümkün qədər tez görülməlidir".

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR