ABŞ-ın Nyu-Cersi ştatında yaşayan Emma Kotillard keçən ilin may ayında həyat yoldaşı Castin Kotillardı itirib. Kotillard həyat yoldaşını itirdikdən sonra baxdığı toy fotolarında çaşdırıcı bir detalla qarşılaşıb.
Yoldaşını itirən qadın acı gerçəyi 1 il sonra fərq etdi
33 yaşlı qadın "Castin evlənməmişdən əvvəl də qəribə davranırdı,
amma bunu toy stressi sanırdıq" , - deyib.
Milli.Az Daily Mail-ə istinadən xəbər verir ki, həkimlərin da həyat
yoldaşı Castinin beynində şiş olduğunu anlaya bilmədiklərini yazan
Kotillard xərçəng diaqnozu qoyulduqdan sonra iki il ömrü olduğunu
söylədikləri Castini daha qısa bir müddətdə itirdiklərini
söyləyib.
Emma Kotillard Castinin bir problemi olduğunu ilk dəfə bal ayında
anladığını qeyd edib. Çünki Castin 7 aylıq hamilə arvadı Emmanı
tanımayaraq onu bir əcnəbi şəxs hesab edib.
Daha sonra müayinə zamanı beynində şiş olduğu təsbit edilən
Castin Kotillard keçən ilin may ayında dünyasını dəyişib.
30 yaşlı həyat yoldaşını itirən Emma isə toy fotolarına baxanda
dəhşətverici bir gerçəklə qarşılaşıb.
Toy fotolarında həyat yoldaşının sifətinin sağ hissəsinin daha
çökük olduğunu fərq edən Emma yoldaşının başına gələnləri sosial
şəbəkədə bölüşüb.
İnsanları mövzu barədə daha həssas olmağa çağıran qadın gənc dullar
üçün dəstək qrupu yaradır.