Ramil Şeydayevin qolu komandasına qələbə qazandırdı

Ramil Şeydayevin qolu komandasına qələbə qazandırdı
11:05 7 May 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Slovakiya Fortuna Liqasında 30-cu turun oyunları keçirilir.

Milli.Az-ın apasport.az-a istinadən məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" da növbəti oyununu keçirib.

Komanda səfərdə "Mixalovtse" klubuyla üz-üzə gəlib. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Şeydayev matçın 74-cü dəqiqəsində meydana daxil olub.

Millimizin üzvü cəmi 10 dəqiqə sonra komandasına qələbə qazandıran qola imza atıb. Oyun elə Şeydayevin vurduğu qolla 1:0 hesabıyla başa çatıb.

Qeyd edək ki, 30 turdan sonra hesabında 64 xal olan "Jilina" 2 tur öncə çempionluğu təmin edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR