Azərbaycanlı 5 yaşlı uşaq Kərbəlada faciəvi şəkildə öldü

Azərbaycanlı 5 yaşlı uşaq Kərbəlada faciəvi şəkildə öldü
11:33 7 May 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı uşaq İraqın Kərbəla şəhərində faciəli şəkildə ölüb.

Bu barədə Azərbaycanın Cənub bölgəsindən olan jurnalist Zahir Əmənov məlumat verib.

O bildirib ki, Masallı rayonun Ərkivan qəsəbə sakini Habil Rəhimov Kərbəlada ailəsi ilə olarkən 60 dərəcə istidə 5 yaşlı qızı Zəhra dünyasını dəyişib. Z.Rəhimov Kərbəla şəhərində torpağa tapşırılıb.

Uşağın günvurmadan öldüyü ehtimal edilir.

Onun sözlərinə görə, Z.Rəhimovun atası Rəhimov Habil İltizam oğlu Suriyada dini təhsil alırmış. Suriyadakı məlum hadisələrdən sonra o, təhsilini Nəcəf şəhərində davam etdirib. Bu səfərdə də məqsəd H.Rəhimovun dövlət imtahanı verməsi ilə bağlı olub.

"Rəhmətə gedən Zəhra Habil Rəhimovun üç uşağından ortancılı idi. Valideynlərinin verdiyi məlumata görə, onun daha bir uşağı orada ağır xəstələnib", - Z.Əmənov əlavə edib. // Report


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/197864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR