7 otaqlı evdə yanğın baş verdi

Gədəbəy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kvadrat metr olan ikimərtəbəli 7 otaqlı evin çardağının yanar konstruksiyaları yanıb.

Metbuat.az bildirir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR