Parisdəki atışmanın görüntüləri (VİDEO)

Parisdəki atışmanın görüntüləri (VİDEO)
20:31 7 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum edənlərin şəkilləri və videogörüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, bu haqda “L” fransız nəşri bildirib.

Videokadrlardan silahlı insanların Parisin mərkəzinə “Citroen” avtomobilində gəldiyi görülür. Hadisə şahidləri hadisə ilə bağlı bir neçə video çəkilişi sosial şəbəkədə yayımlanıb.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə satirik jurnal olan "Charlie Hebdo"nun mərkəzinə hücum olub. İki naməlum şəxs jurnalın Nicolas Apper küçəsindəki mərkəzinə silahla basqın edib. İlkin məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb.

Jurnal daha öncə Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını çəkərək yerləşdirdiyi üçün sərt reaksiyalara səbəb olmuşdu.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR