Hannoverdə 50 min insan təxliyə edilib - SƏBƏB?

Hannoverdə 50 min insan təxliyə edilib - SƏBƏB?
13:15 7 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Alamniyanın Hannover şəhərində İkinci Dünya müharibəsindən qalan 5 bomba partladılacaq.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu səbəbdən 50 min şəhər sakini evlərini tərk etməlidirlər.

Bombaların partladılması əməliyyatı bazar günü nahardan sonra başlayacaq və axşama qədər davam edəcək.

"Bu, Hannover şəhərində İkinci Dünya müharibəsi vaxtından ən böyük əməliyyatdır", - yanğından mühafizə xidmətinin nümayəndəsi Mixael Xints deyib.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayında belə bir əməliyyat Almaniyanın Auqsburq şəhərində baş tutmuşdu və bu səbəbdən 54 min insan təxliyə edilmişdi.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2751105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR