Çində ŞOK TAPINTI - Hunların dövrünə aiddir - FOTOLAR

Çində ŞOK TAPINTI - Hunların dövrünə aiddir - FOTOLAR
13:28 7 May 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Xənan əyaləti ərazisində arxeoloji qazıntılar zamanı 18 qədim qəbir tapılıb. Tapıntıların 1,8 min il əvvələ aid olduğu güman edilir.

Publika.az xəbər verir ki, Çinin Elmlər Akademiyasının əməkdaşı Şen Vensin verdiyi məlumata görə, qəbirlər bir-birinə çox yaxın şəkildə basdırılıb. Ətrafı kərpiclə hörülüb. Onları “Böyük Çin düzənliyinin” klassik dəfn ərazisinə aparmaq olmaz. İlkin ehtimallara görə, qəbirlər şərqdə hakimiyyətdə olmuş Xan sülaləsinin dövrünə aiddir.

Alimlər onu da qeyd ediblər ki, praktiki olaraq qəbirlərdə basdırılmış tapıntıların hər birində qədimi artefaktlara, həmçinin qədim dövrlərdə qidanın hazırlanması üçün istifadə olunan tuncdan hazırlanmış qazanlara rast gəlinib. Bütün bunlar qəbirlərin, köçəri xalqalara məxsus olduğunu deməyə əsas verir.

Bundan əlavə, qəbirlərdə tapılan muncuqlar, qızıl sırğalar, xəncərlər və digər gündəlik məişət əşyaları Hunların dövründəki predmetlərə aiddir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/197399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR