Salyanda çayda boğulan qadının meyiti tapılıb

Salyanda çayda boğulan qadının meyiti tapılıb
13:52 7 May 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 7 may. REPORT.AZ/ Salyanda 3 gün əvvəl çayda boğulan qadının meyiti tapılıb.
“Report”un Aran bürosu xəbər verir ki, Akkuşa çayında batan 50 yaşlı Məhbubə Quliyevanın meyiti batdığı yerdən 1700 metr aralıda Qızılağac kəndi ərazisində aşkar edilib.
Qadının cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindan sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mayın 4-də Məhbubə Quliyevanın ayaqqabısının bir tayı çayın qırağında tapıldığından onun suda boğulduğu ehtimal edilirdi.
Faktla bağlı Salyan rayon Pokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-cayda-bogulan-qadinin-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR