ATV-də daha bir gəncin layihəsi lağa qoyuldu - Bu dəfə də güldülər - VİDEO

ATV-də daha bir gəncin layihəsi lağa qoyuldu - Bu dəfə də güldülər - VİDEO
14:03 7 May 2017
Ölkə mətbuatı
A- A+

"ATV-nin "İdeya Qazandı" verilişinə qatılan gənclə bağlı mətbuatda yayılan görüntüyə daha birisi əlavə edilib.

AZXEBER.COM xəbər verir ki, verilişin bir neçə il bundan öncə yayılan buraxılışı yenidən sosial şəbəkələrdə yayımlanıb. Buna səbəb, verilişdə münsiflər tərəfindən daha bir gəncin layihəsinin gülüş hədəfinə çevrilməsidir.

Layihəsini təqdim etməkdə çətinlik çəkən gəncə investorlardan biri ironiya ilə "mən qorxuram ki, bu layihə ayaqqabı bazarında monopollaşmağa gətirib çıxardacaq" deyib pul ayırmayacağını bildirib. Ona daha ciddi hazırlanması üçün tövsiyyələr verilib. İradaları qəbul edən gənc studiyadan ayrıldıqdan sonra münsiflər onun haqqında danışıb gülməyə başlayıblar.

Sözügedən görüntülər növbəti dəfə ciddi etirazlara səbəb olub.

Xatırladaq ki, bi müddət öncə də analoji hal yaşanmışdı. Verilişdə kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası yenə onların gülüşünə səbəb olmuşdu. Bu kadrlar ölkə gündəmində əsas müzakiə mövzusuna çevrilmiş və etirazlara səbəb olmuşdu.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/197880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR