Volkana telefon atan azarkeş həbs edilə bilər

Volkana telefon atan azarkeş həbs edilə bilər
14:37 7 May 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Aprelin 23-də keçirilən "Qalatasaray" - "Fənərbağça" oyununda qonaqların qapıçısı Volkan Demirele cib telefonu atan şəxs polis tərəfindən saxlanılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Həmin şəxs hərəkətindən peşman olduğunu və bunu bir anlıq həyəcanın nəticəsində etdiyini bildirib. Amma İstanbul prokurorluğu peşmanlığı yetərli hesab etmir. Azarkeşin telefondan soyuq silah kimi istifadə etməyə çalışması əsas gətirilrək 1.5 - 5.5 il azadlıqan məhrum olunması tələb edilir. İstənilən halda, həmin azarkeş 1 il müddətinə stadionlara buraxılmayacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR