İntihar edən şagirdin orqanları 8 nəfərə köçürüləcək

Türkiyənin Bursa şəhərində sinif yoldaşını öldürən 16 yaşlı H.C-nın daxili orqanları 8 nəfərə köçürüləcək.

Metbuat.az xəbər verir ki, qız dostu Nilufəri öldürən yeniyetmə silahı başına tuşlayaraq, intihara cəhd etsə də, sağ qalmışdı. Bir neçə gün xəstəxanada qalan H.C kliniki ölüm keçirərək, həyatla vidalaşıb.

Ailəsinin razılığı ilə oğlanın orqanları ehtiyacı olan xəstələrə köçürüləcək. Bununla da, 8 nəfərin həyatını xilas etmək mümkün olacaq.

Qeyd edək ki, H.C-nın qətldən az əvvəl sinif yoldaşları ilə yazılan “WhatsApp” qrup yazışması ortaya çıxmışdı.

“Sağkən bir işə yaramadım. Mən öləndən sonra orqanlarımı ehtiyacı olanlara verərsiniz ki, insanlara bir faydam olsun” deyə H.C vida məktubunda yazmışdı.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR