Corciyada güclü meşə yanğınları: 2 min insan təxliyə edilir

Corciyada güclü meşə yanğınları: 2 min insan təxliyə edilir
14:57 7 May 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Corciya ştatında güclü meşə yanğınları davam edir.

Trend-in "Associated Press"ə istinadən verdiyi xəbərə görə, meşə yanğınları səbəbi ilə Corciya ştatında 2 min insan təxliyə edilir. Qeyd olunur ki, Sent-Corc şəhərinin bütün sakinləri təxliyə edilməlidir.

Məlumatda deyilir ki, Folkston ibtidai məktəbində müvəqqəti sığınacaq açılıb.

Qeyd edək ki, meşə yanğınları mayın 6-da başlayıb və artıq 389 kvadrat kilometr yanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR