Azərbaycan velosipedçisi "Tour dAzerbaidjan"ın qalibi olub

Azərbaycan velosipedçisi "Tour dAzerbaidjan"ın qalibi olub
14:57 7 May 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 may. REPORT.AZ/ "Tour d`Azerbaidjan" veloturunun bütün qalibləri müəyyənləşib. 
"Report"un məlumatına görə, Azərbaycanın "Synergy Baku" klubunun üzvü Kirill Pozdnyakov 5 mərhələnin yekununda qalib olub. Vaxt baxımından birinci yeri tutan rusiyalı legioner "Synergy" köynəyinə yiyələnib.
Pozdnyakov həm də dağ mərhələsinin qalibi kimi AZAL köynəyi qazanıb.
Xal hesabında birinci yeri isə ABŞ-ın "Team İlluminate" komandasının kolumbiyalı üzvü Edvin Avila Vaneqas tutub. Ona SOCAR köynəyi verilib.
Komanda hesabında birinci yeri Ukraynanın "Kolss Cycling Tem" komandası tutub. Ən yaxşı gənc velosipedçi isə Con Anderson Rodriges Salazar olub. Ona "AtaHolding" köynəyi verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-velosipedcisi-tour-d-azerbaidjan-in-qalibi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR