"Çelsi"nin" baş məşqçisi rusiyalı ola bilər

"Çelsi"nin" baş məşqçisi rusiyalı ola bilər
15:17 7 May 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

"CSKA"nın sabiq çalışdırıcısı Leonid Slutski "Çelsi"nin baş məşqçisi təyin oluna bilər.

Goal.az "Daily Express"ə istinadən xəbər verir ki, Antonio Konte London klubundan getdiyi halda rusiyalı mütəxəssis bu posta ən real namizəd olacaq. Kontenin "İnter" və "Barselona"ya getmə ehtimalı gündəmə gətirilir. Katalon klubu yeni baş məşqçisini müəyyən etsə də, onun adını açıqlamır. "Nerazzurri" isə bir müddət öncə Diyeqo Simeone və Antonio Konteyə təklif göndərmiş və onu cavablandırmaq üçün 20 gün vaxt vermişdi.

Slutskinin "zadəganlar"ı çalışdırmaq ehtimalı klubun sahibi Roman Abramoviçlə yaxın münasibəti olması ilə izah edilir. 46 yaşlı məşqçinin yanvardan Londonda yaşadığı və ingiliscə öyrəndiyi deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR