Premyer Liqada çempion bəlli oldu: 10-cu dəfə

Premyer Liqada çempion bəlli oldu: 10-cu dəfə
15:44 7 May 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Premyer Liqasında çempion bəlli olub. Apasport.az saytının məlumatına görə, uzun marafonun qalibi “Şaxtyor” olub.

 

Donetsklilər 28 turdan sonra topladıqları 75 xalla “qızıl”ı özləri üçün təmin ediblər. Sona 4 tur qalmış Kiyev “Dinamo”su isə ikinciliyi əldə edib.

 

Qeyd edək ki, bu, “şaxtaçılar”ın 10-cu çempionluğudur. Onlar məlum göstəricidə yalnız “Dinamo”dan geri qalırlar. Kiyevlilərin aktivində 15 qızıl medal var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR