Növbəti Çernobl qəzası baş verə bilər - Xəbərdarlıq edildi

Növbəti Çernobl qəzası baş verə bilər - Xəbərdarlıq edildi
16:13 7 May 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Çernobl ərazisində növbəti dəfə qəza baş verə bilər.

Publika.az xəbər verir ki, bu haqda “The Washington Times” məlumat yayıb.

Məlumata görə, ölkədəki siyası vəziyyət də yaranmış problemə təsirsiz ötüşməyib. Bildirilir ki, təhlükəsizlik tam təmin edilmir. Bu da MAQATE-nin şərtlərinin kobud şəkildə pozulması deməkdir.

Ukraynanın 53%-ni enerji ilə təchiz edən bu stansiya ölkənin əsas nüvə sənayesi mərkəzi sayılır.

Qeyd edək ki, 1986-cı ilin 26 aprelində Çernoblda nüvə reaktorunun partlaması nəticəsində şüalanma Şimali və Mərkəzi Avropanın bir çox bölgələrinə yayılıb. 4000-dən çox insan ölüb, çoxsaylı insan şüalanma səbəbiylə xəstələnib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR