Olimpiya çempionu evində ölü tapıldı

Olimpiya çempionu evində ölü tapıldı
16:27 7 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

2010-cu ildə bobsley üzrə olimpiya çempionu adını qazanan amerikalı Stiven Holkomb ABŞ yığmasının Leyk- Plesid şəhərindəki (Nyu-York ştatı) Olimpiya Hazırlıq Mərkəzindəki öz otağında ölü tapılıb.

Milli.Az goal.az-a istinadən verir ki, bu barədə ABŞ-ın Olimpiya Komitəsinin rəsmi saytında məlumat yerləşdirilib. Otuz yeddi yaşlı idmançının hansı səbəbdən öldüyü barədə, hələ ki, məlumat verilmir.

Holkomb olimpiya çempionu adını Vankuverdə qazanıb. O, Soçidə keçirilən Qış Olimpiya Oyunlarında isə iki bürünc medal qazanmağa müvəffəq olub. Həmçinin onun aktivində dünya çempionatlarının 5 qızıl və 5 bürünc medalı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR