İNANILMAZ HADİSƏ: Bu yolda avtomobillər öz-özünə üzü yuxarı gedir - VİDEO

İNANILMAZ HADİSƏ: Bu yolda avtomobillər öz-özünə üzü yuxarı gedir - VİDEO
17:53 7 May 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ərzurum vilayətindəki yollardan biri öz qəribəliyi ilə insanları təəccübləndirib. Dağın ətəklərində Əbdürrəhman Qazi türbəsinə aparan üzü yuxarı istiqamətdə yolda maşınlar mühərriki sönülü şəkildə hərəkət edir.

Publika.az xəbər verir ki, üzü yuxarı olduğu üçün türbəyə gedən insanlar yolun sol hissəsində maşınlarını saxlamaq istədiklərində bu müəmmalı hadisənin şahidi olublar. Mühərriki söndürülən avtomobil sürət yığaraq üzü yuxarı yolla hərəkər etməyə başlayıb.

İnsanlar bu yolun sirrini tapa bilmirlər. Hadisələrə inanmayanlar belə bir şeyin həqiqətən də baş verdiyinə əmin olmaq üçün, İstanbuldan, Ankaradan yolu test etməyə gəliblər.

İnsanların sözlərinə görə, doğurdan da avtomobillər 200 metrlik yolu mühərrik sönülü vəziyyətdə yoxuş yuxarı çıxıb.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/197572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR