Avtobus qəzası zamanı xəsarət alan sərnişinlərin adları məlum oldu

Mingəçevirdə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində xəsarət alan sərnişinlərin adları məlum olub.

Metbuat.az bildirir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alsa da, vəziyyəti ciddi olan sərnişinlərdən 4-nə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibbi müdaxilə olunub.

Hazırda 1955-ci il təvəllüdlü Yevlax rayon Havarlı kənd sakini Rahilə Nadir qızı Həsənova, 1984-cü il təvəllüdlü Yevlax rayon Xaldan kənd sakini Rahim İlqar oğlu Əsədov, 1979-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Natavan Muxtar qızı Hüseynova və 2000-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Sevda Cəsur qızı Hüseynovanın vəziyyəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir. Sevda Hüseynova artıq evinə buraxılsa da, digər üç nəfər zərərçəkmiş müalicəsini xəstəxanada davam etdirir.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində təhqiqt aparılır. // Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR