Cənubi Sudanda iki avtomobil atəşə tutuldu

Cənubi Sudanda eyni gündə iki avtomobil atəşə tutulub.

Metbuat.az bildirir ki, hər iki hadisə cümə günü paytaxt Cuba şəhərindən 75 km şərqdə magistralda baş verib.

Nəticədə 21 nəfər ölüb, 25 nəfər yaralanıb. Ölənlər arasında qadınlar və uşaqlar var. Conqley əyalətinin informasiya naziri bildirib ki. Silahlı şəxslər avtomobilləri hərbçilərin boşaltdığı nəzarət-keçid məntəqəsində saxlayıb, 21 mülki şəxsi sakini öldürülüb, 25 mülki şəxsi yaralayıblar.

Cinayətin motivi məlum deyil. Hüquq-mühafizə orqanları araşdırma aparır. // APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR