Makronun çıxış edəcəyi meydanda BOMBA HƏYƏCANI

Makronun çıxış edəcəyi meydanda BOMBA HƏYƏCANI
18:27 7 May 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada keçirilən prezident seçkilərindən sonra "İrəli" hərəkatının lideri, namizəd Emanuel Makronun axşam saatlarında çıxış edəcəyi meydandan şübhəli çanta tapılıb.

Milli.Az-ın musavat.com-un məlumatına görə, ərazi dərhal polis tərəfindən boşaldılıb. Çantanın Makronun axşamkı çıxışını izləyəcək olan media işçilərinin çadırının yanından təlimli it tərəfindən tapıldığı qeyd edilib. Turislərə və şəhər sakinlərini ərazidən uzaq durmaq tövsiyə edilib.

Qeyd edək ki, Fransada son iki ildə həyata keçirilən terrorlar nəticəsində 230-dan çox insan həyatını itirib və ölkədə elan olunan fövqaladə hal vəziyyəti davam edir. Seçkilərdə 50 min təhlükəsizlik işçisi əsayişi qoruyur.

Xatırladaq ki, bu gün Fransada keçirilən prezident seçkilərində ilk turdan qalib çıxan iki namizəd - "İrəli" hərəkatının lideri Emanuel Makron və radikal sağçı Marin Le Pen prezidentlik uğrunda mübarizə aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR