Bolqarıstanda dağda iki turist ölüb

Bolqarıstanda dağda iki turist ölüb
19:17 7 May 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bolqarıstanda dağda iki turist ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Dağ-Xilasetmə Xidməti məlumat yayıb.

Qadın və kişi turistin cəsədləri bu gün Stara dağındakı Kiçik Kupen zirvəsi rayonunda aşkarlanıb. İlkin məlumata görə, dünən 3 turistdən ibarət qrup dumanda yolu azıb. Qrupdakı bir qadın sürüşüb və qayadan düşüb. Qadına kömək etmək istəyən yoldaşı da qayadan düşüb və həyatını itirib. Üçüncü turist dağdakı sığınacağa gəlməyi bacarıb və xilasedicilərlə əlaqə saxlayıb.
 
Olayla bağlı araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR