Bakıda oğrular binaların bloklarını talan edir

Bakıda oğrular binaların bloklarını talan edir
19:19 7 May 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bir neçə nəfərə məxsus saxlanc yerindən oğurluq edilib. Lent.az xəbər verir ki, Xətai rayonu Senuşkin küçəsi 27 ünvanında yaşayan bir neçə nəfər polis müraciət edərək bildirib ki, yaşadıqları binanın blokunda yerləşən saxlanc yerlərinin qapısı naməlum şəxslər tərəfindən sındırılıb. Orada saxlanılan müxtəlif qab-qacaqlar, məişət alətləri və köhnə avadanlıqlar oğurlanıb.

 

 

Qeyd edək ki, oxşar müraciətlər Binəqədi və Nizami rayonunda da qeydə alınıb.

 

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR