Pakistan sərhədində 50 əfqan hərbçisi öldürülüb

Pakistan sərhədində 50 əfqan hərbçisi öldürülüb
19:24 7 May 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 5-də Pakistanla sərhəddə atışma zamanı 50 əfqan hərbçisi öldürülüb, 100 əfqan hərbçisi yaralanıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün  Pakistanın Bəlucistan əyalətinin sərhəd korpusunun rəisi general-leytenant Nədim Əhməd açıqlayıb.

 

Pakistan ordusu mayın 5-də əfqan sərhədçilərini Pakistan ərazisini atəşə tutmaqda, dinc sakinlərin öldüyü, sərhədçilər də daxil olmaqla, 18 nəfərin yaralandığı barədə məlumat yayıb. Bu gün isə N. Əhməd Pakistan sərhədçiləri də daxil olmaqla, 12 nəfərin öldüyü, 40 nəfərin yaralandığını bildirib. General əfqan hərbçilərin hücum edərək sərhədi keçdiyini, Pakistan hərbçilərinin atəşi nəticəsində 50 əfqan hərbçinin öldüyünü, 100 əfqan hərbçinin yaralandığını qeyd edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR