İsraildə ərəb dilinin dövlət dili statusunun ləğvi təklif edilir

İsraildə ərəb dilinin dövlət dili statusunun ləğvi təklif edilir
19:47 7 May 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail hökumətinin Qanunvericilik məsələləri üzrə komitəsi dövlətin milli xarakteri ilə bağlı qanun layihəsini yekdilliklə təsdiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sənədə əsasən ivrit dili vahid dövlət dili statusunda tanınacaq, ərəb dili isə yalnız xüsusi statusda olacaq.

Qanun layihəsində Qüdsün İsrailin paytaxtı kimi təsdiq edilməsi də təklif edilir. "Likud" Partiyasının təklifinə əsasən, sənəddə qeyd edilib ki, İsrail dövləti dinindən, irqindən və milliyətindən asılı olmayaraq, ölkənin hər bir sakininin mədəniyyətini, ənənəsini və dilini qoruyur.
 
Müxalifət isə artıq qanun layihəsini tənqid etməyə başlayıb və qanun layihəsinin vətəndaşların demokratik hüquqlarını pozduğunu vurğulayıb. Bundan sonrakı mərhələdə qanun layihəsi qanunverici orqan olan Knessetə təqdim ediləcək.
 
Qeyd edək ki, hazırda İsraildə ivrit dili ilə bərabər ərəb dili də dövlət dili statusundadır. İsraildə əhalinin 20 faizə yaxını ərəblərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR