İordaniyada ulu öndər Heydər Əliyevin xatirəsi anıldı

İordaniyada ulu öndər Heydər Əliyevin xatirəsi anıldı
19:53 7 May 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 7-də Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Pakistan, Əfqanıstan, Mərakeş, Fələstin, İraq, Misir, Bolqarıstan, Gürcüstan və Hindistan səfirləri, İordaniya Haşimilər Krallığının Senat və Parlamentindən nümayəndələr, Azərbaycan–İordaniya Parlamentlərarası Dostluq Cəmiyyəti, İordaniyanın yerli KİV nümayəndələri, Azərbaycan diaspor cəmiyyəti və səfirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının İordaniyadakı səfirliyində Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra ölkəmizin İordaniyadakı səfiri Sabir Ağabəyov çıxış edərək, 10 may tarixinin Azərbaycan xalqı üçün əlamətdar tarix olduğunu, həmin gün müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olduğunu vurğulayıb. Bildirib ki, qədirbilən Azərbaycan xalqı artıq 14 ildir dahi şəxsiyyət Heydər Əliyevin doğum gününü onsuz qeyd edir.

Daha sonra S.Ağabəyov görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıb, Ümummilli Liderin müstəqil Azərbaycanın bir dövlət kimi yaşamasında müstəsna xidmətlərini vurğulayıb. Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğu, bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etdiyi, ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıtdığı, məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdi, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atdı. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində son 20 ildə Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib, dünyada nüfuzu yüksəlib, ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulub.

Tədbir iştirakçıları Ümummilli Liderin mənalı ömür yolunu əks etdirən fotosərgi və kitablarla tanış olublar.

Daha sonra tədbir iştirakçıları Amman şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan meydana gələrək, Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edib, meydana əklillər qoyublar. (AZƏRTAC)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR