Aziz Yıldırım ona salam verən rəqib komandanın prezidentinə ŞİLLƏ VURUB

Aziz Yıldırım ona salam verən rəqib komandanın prezidentinə ŞİLLƏ VURUB
20:12 7 May 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Qadınlar Basketbol Super Liqasının pley-off oyununda insident yaşanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "Fənərbağça" ilə "Yakın Doğu Üniversitesi" matçında baş verib.

"Fənərbağça" prezidenti Aziz Yıldırım ona salam verən rəqib komandanın prezidenti Işık Eygüngörə şillə vurub. Polislərin müdaxiləsindən sonra vəziyyət normallaşıb.
 
Matç başa çatdıqdan sonra A. Yıldırım mətbuata açıqlamasında I. Eygüngörü əxlaqsızlıqda günahlandırıb. Onun sözlərinə görə "Yakın Doğu Üniversitesi"nin rəhbərliyi finaldan əvvəl "Fənərbaxça"lı oyunçulardan bəzilərinə transfer təklif edib.
 
Türkiyə Gənclik və İdman Nazirliyi olayla bağlı araşdırmaya başladığını açıqlayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR