Somalidə “Əş-Şəbab”ın lideri öldürüldü

Somalidə “Əş-Şəbab”ın lideri öldürüldü
20:14 7 May 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Somalidə “Əş-Şəbab” terror qruplaşmasının lideri Abdi Badip məhv edilib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Somali hökumətinın yaydığı açıqlamada bildirilir.

 

Məlumata əsasən, Abdi Badip ölkənin cənubunda həyata keçirilən əməliyyat nəticəsində öldürülüb. Onun birgə terror qruplaşmasının daha 3 üzvü zərərsizləşdirilib. Əməliyyat zamanı bir ABŞ hərbçisinin həlak olduğu bildirilir.

 

Qeyd edək ki,  Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR