"Yuventus" - "Monako" oyununa hakim təyinatları açıqlanıb

"Yuventus" - "Monako" oyununa hakim təyinatları açıqlanıb
20:47 7 May 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Yuventus" - "Monako" matçına hakim təyinatları açıqlanıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandalar arasında mərhələnin cavab qarşılaşmasını hollandiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Byörn Kuippersdir. O, "Yuventus"un 1/4 finalda "Barselona" ilə cavab oyununda da (0:0) fit sahibi olmuşdu. "Qoca sinyora" onun idarə etdiyi 5 oyununda qalib gələ bilməyib - 4 heç-heçə, 1 məğlubiyyət.

22:45. Yuventus - Monako (ilk oyun 2:0)

Baş hakim: Byörn Kuippers (Hollandiya)

Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeinstra (Hollandiya)

Köməkçi hakimlər: Pol van Bökel, Danni Makkelie (Hollandiya)

Dörüdüncü hakim: Mario Diks (Hollandiya)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR