Qvardiola "Mançester Yunayted"in Avroliqada qalib olmasını istəyir

Qvardiola "Mançester Yunayted"in Avroliqada qalib olmasını istəyir
21:05 7 May 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Mançester Yunayted"in Avropa Liqaısda qalib olacağına ümid edir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon mütəxəssis Premyer Liqanın 35-ci turunda "Kristal Pelas" üzərində darmadağınla qazanılan qələbədən sonra (5:0) bu barədə fikir bildirib.

"İkinci yer uğrunda 4 komanda mübarizə aparır. Ümid edirəm ki, "Mançester Yunayted" Avropa Liqasında diqqətini cəmləşdirəcək. Növbəti mövsümdə isə Çempionlar Liqasında 5 ingilis komandasını görə bilərik. Bu, əla olardı".

"Qırmızı şeytanlar" Avropa Liqasının yarımfinalında keçirilən ilk oyunda "Selta Vigo"nu səfərdə 1:0 hesabıyla məğlub edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR