O, yay-qış, yağış-qar demədən hər gün bu sevdiyi işlə məşğul olur - VİDEO

O, yay-qış, yağış-qar demədən hər gün bu sevdiyi işlə məşğul olur - VİDEO
21:27 7 May 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

İndi sizlərə cənub bölgəsinin yeganə qadın balıqçısından danışacağıq. O, qışın soyuğunda, yayın istisində hər gün səhər qayığa minib dənizə çıxır. Kişi həmkarları ilə birgə tor atıb balıq tutur.

Hər gün səhər saat 8-da Xəzərin Astara sahilindəki evindən çıxıb vətəgəsinə gəlir. Kişi həmkarları ilə birgə qayığa minib balıq ovuna gedir.

Milli.Az bildirir ki, söhbət Astara sakini, 46 yaşlı Rəna Həsənovadan gedir. O, yay-qış, yağış-qar demədən hər gün bu sevdiyi işlə məşğul olur. Nəsilliklə balıqçılıqla məşğul olduqlarını deyən Rəna xanım, uşaqlıqdan bu sənətə maraq göstərdiyini bildirir.

23 il balıq ovunda valideynlərinə, qardaşlarına kömək edən Rəna Həsənova 6 il öncə öz vətəgəsini, yəni dənizdə balıq ovlamaq üçün yer qurub. İndi bu vətəgədən bol məhsul götürən xanım gərgin əməyi ilə güclü cinsin nümyəndələrinin qısqanclığına da səbəb olub.

Rəna Həsənova bir neçə dəfə dənizdə təhlükə ilə üzləşməsinə baxmayaraq sevdiyi işindən əl çəkmir.

Rəna Həsənova bildirir ki, bu il Xəzər dənizində əvvəlki illərə nisbətən balıq azdır. Toruna isə kütüm, sazan, kefalla yanaşı, ötən il 10-a yaxın qızıl balıq da düşüb. Məhsulunu elə sahildəcə satan xanım balıqçı müştəri baxımından da korluq çəkmir.
Növbəti mövsüm isə sentyabrda başlayacaq..Bu dövrdə balıqlar kürü tökdüyü üçün balıqçılar ov etməyib onların çoxalması üçün şərait yaradırlar. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR