"Mındar Dönərxana": Bu adla səhifə açıb aləmi bir-birinə qatdılar - VİDEO

"Mındar Dönərxana": Bu adla səhifə açıb aləmi bir-birinə qatdılar - VİDEO
21:47 7 May 2017
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı sakinləri evlərinin ünvanının pis adla dönərxana kimi təqdim edilməsindən şikayətçidir.

Milli.Az bildirir ki, Feysbuk sosial şəbəkəsində adı "Mındar Dönər" olan səhifə yaradılıb. Və bu şəkildə elan yerləşdirilib: Heç bir sanitariya qaydalarına riayət olunmadan, vaxtı keçmiş ətlərdən hazırlanmış Azərbaycanın ən mındar dönəri yalnız bizim məkanda. Ünvan olaraq isə Paytaxtın Əlövsət Quliyev, 28 ünvanı göstərilib.

Səhifədə elə adına uyğun olaraq mındarlıqla bağlı şəkillər və statuslar paylaşılır, insanları çirkab, antisanitar, natəmiz yeməkləri alıb yeməyə dəvət edirlər.

Hansısa dönərxananın bu şəraitdə işlədiyinə inanmaq qeyri mümkündür. Buna görədə üz tutduq göstərilən ünvana. Lakin Əlövsət Quliyev küçəsi 28-də dönərxana yox, mənzillər var idi. Onlar da sanki yolumuzu gözləyirmişlər.

Sakinlər xeyli müddətdir bu hadisədən narahatdır. Çünki bu günlərdə səhifədən adresi götürüb onların evinə "Mındar Dönərxana" adı ilə gələnlər çox olub.

Bəs görəsən belə bir səhifə açmaq kimə və nə üçün lazımdır? Marketoloq Yusif Vəliyev deyir ki, işinə məsuliyyətsiz yanaşan dönərxanaların bu şəkildə sarkazmla tənqid olunmağı gözəldir. Lakin səhifədə hansısa mənzilin ünvanını göstəmək yolverilməzdir. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR