Fransalı jurnalistlər Marin Le Penin bu axşam keçiriləcək bayram mərasimini boykot edib

Fransalı jurnalistlər Marin Le Penin bu axşam keçiriləcək bayram mərasimini boykot edib
21:57 7 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Paris. 7 may. REPORT.AZ/ Fransalı jurnalistlər Milli Cəbhənin lideri, prezident seçkilərinin II turuna namizəd Marin Le Penin bu axşam keçiriləcək bayram mərasimini boykot edib.
"Report"un Fransa bürosu xəbər verir ki, Milli Cəbhənin lideri, Marin Le Penin bu axşam Fransada prezident seçkiləri bitdikdən sonra keçiriləcək bayram mərasiminə bir sıra fransız və xarici jurnalistlər «yerlərin məhdud olması» səbəbindən mərasimə akkreditasiya oluna bilməyiblər.
Bunu «azadlığa əngəl» və demokratiyaya tamamilə zidd hərəkət adlandıran media nümayəndələri Twitter vasitəsilə öz həmkarlarına müraciət edərək bayram mərasimini boykot etməyə dəvət ediblər. 
Həmrəylik hərəkatına qoşulanlar arasında Fransanın çox oxunulan «Libération» qəzeti, "TMC" kanalı ilə yayımlanan «Quotidien» verilişinin tanınmış aparıcısı və digər jurnalistlər var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransali-jurnalistler-marin-le-penin-bu-axsam-kecirilecek-bayram-merasimini-boykot-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR