Makron Fransada prezident seçkilərində qələbə qazanıb

Makron Fransada prezident seçkilərində qələbə qazanıb
22:12 7 May 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Mayın 7-də Fransada prezident seçkilərinin həlledici - ikinci turunda "İrəli" hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib. İlkin məlumatlara görə, o, səslərin 65,1 faizini əldə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Milli cəbhə" partiyasının namizədi Marin Le Pen isə seçicilərin 34,9 faizinin səsini qazanıb.

Qeyd edək ki, Fransada prezident seçkilərinin aprelin 23-də keçirilən birinci turunda 11 namizəd qatılmışdı. İlk turun nəticələrinə görə, E.Makron 24,01, M.Le Pen isə 21,3 faiz səs toplamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR