Fransanın yeni prezidenti məlum oldu

Fransanın yeni prezidenti məlum oldu
22:18 7 May 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

Mayın 7-də Fransada prezident seçkilərinin həlledici – ikinci turunda “İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib. İlkin məlumatlara görə, o, səslərin 65,1 faizini əldə edib.

Publika.az xəbər verir ki, “Milli cəbhə” partiyasının namizədi Marin Le Pen isə seçicilərin 34,9 faizinin səsini qazanıb.

Qeyd edək ki, Fransada prezident seçkilərinin aprelin 23-də keçirilən birinci turunda 11 namizəd qatılmışdı. İlk turun nəticələrinə görə, E.Makron 24,01, M.Le Pen isə 21,3 faiz səs toplamışdı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR