Marin Le Pen Emmanuel Makronu prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib

Marin Le Pen Emmanuel Makronu prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib
22:32 7 May 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 may. REPORT.AZ/ Fransada "Milli Cəbhə" Partiyasının lideri Marin Le Pen rəqibi, "İrəli" hərəkatının qurucusu Emmanuel Makronu prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, Marin Le Pen həmçinin seçkilərdə ona səs vermiş seçicilərə də təşəkkürünü bildirib.
Le Penin sözlərinə görə, "Milli Cəbhə" parlament seçkilərində yenilənməli və yeni siyasi qüvvəyə çevrilməlidir.
Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/marin-le-pen-emmanuel-makronu-prezident-seckilerinde-qalib-gelmesi-munasibetile-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR