Qax sakini bədbəxt hadisə nəticəsində öldü

Qax sakini bədbəxt hadisə nəticəsində öldü
23:09 7 May 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

Qaxda 25 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

 

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə mayın 7-i, günorta saatlarında Qum kəndində baş verib.

 

1992-ci il təvəllüdlü, Qum kənd sakini Səxavət Cabir oğlu Mikayılovun meyiti kənddən keçən Qum çayının qolundan həmkəndliləri tərəfindən tapılıb.

 

Aparılmış ilkin araşdırma zamanı məlum olub ki, 25 yaşlı Səxavət Mikayılov ehtiyatsızlıqdan yıxılıb və başı çaydakı daşa dəyib. Nəticədə huşsuz vəziyyətdə olan Səxavət Mikayılov boğularaq ölüb.

 

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR