16 il sonra gələn 10-cu sevinc

16 il sonra gələn 10-cu sevinc
23:37 7 May 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

"Spartak" Rusiya çempionu olub. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Rusiya Premyer Liqasının XXVII turunda "Zenit"in öz meydanında "Terek"ə uduzandan sonra moskvalılar "qızıl medallar"ı təmin ediblər.

Belə ki, çempionatın sonuna 3 tur qalmış həm 53 xallı MOİK-in, həm də 52 xalı olan "Zenit"in 63 xalı olan "qırmızılar"a çatmaq şansı qalmayıb.
 
Moskvalılar sonuncu dəfə 2001-ci ildə - 16 il əvvəl birincilik sevinci yaşamışdılar.
 
Qeyd edək ki, bu, "Spartak"ın müstəqil Rusiya çempionatında 10-cu çempionluğudur. Paytaxt təmsilçisi bu sahədə mütləq rekordçudur. İkinci yerdə MOİK 6, üçüncü olan "Zenit" isə 4 dəfə Premyer Liqanın ən güclüsü olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR