İstanbul derbisində dramatik anlar - 2 qırmızı, 2 qol...

İstanbul derbisində dramatik anlar - 2 qırmızı, 2 qol...
00:28 8 May 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun ilk oyununda “Antalyaspor” lider “Beşiktaş”ın ən yaxın izləyicisi, ötən turda “qartallar”ı məğlub edən “Başakşəhər”i qəbul edib. Oyunda minimal hesabla qalib gələn "narıncı-qaralar" lider "Beşiktaş"la xal fərqini minimuma endirib.

Millimizin hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor” bu turda “Rizəspor”un qonağı olub. Millimizin üzvünün iştirak ərizəsinə salınmadığı matç 6:0 hesabıyla meydan sahiblərinin xeyrinə nəticələnib.

Turun mərkəzi oyununda, İstanbul derbisində əzəli rəqiblər - “Beşiktaş” və “Fənərbaxça” münasibətlərinə aydınlıq gətiriblər. "Qartallar" Vinsent Abubakarın qoluyla 1:0 önə keçsə də, bu üstünlüyünü qoruyub saxlaya bilməyib. Maraqlıdı ki, "Fənər" bərabərlik qolunu meydanda azlıqda, 9 nəfərlə qaldığı zaman vurub. Marselo topu öz qapısına göndərib.

Super Liqanın bitiminə 2 tur qalmış "Beşiktaş"la "Başakşəhər"i cəmi 2 xal ayırır.

Türkiyə Super Liqası, 30-cu tur

5 may

Antalyaspor - Başakşəhər 0:1

Qol: Napoleoni, 89.

6 may

Gənclərbirliyi - Adanaspor 0:1

Qol: Maurisio Ramos, 20.

Trabzonspor - Kayserispor 2:3

Qol: Rodalleqa, 34. Uğur Demirok, 45+1-pen - Deniz Türüç, 6. Laval, 41; 74.

Qalatasaray - Kasımpaşa 1:3

Qol: Sneyder, 90 - Andre Kastro, 25; 81. Turqut Doğan Şahin, 63.

Qırmızı vərəqə: Tolqa Ciğerci, 59 (Qalatasaray).

Konyaspor - Alanyaspor 2:3

Qol: Bajiç, 9; 65 - Vaqner Lav, 39-pen; 55. Junior Fernandes, 72.

Qırmızı vərəqə: Barri Duqlas, 90+4 (Konyaspor).

7 may

Rizəspor - Bursaspor 6:0

Qol: Kveuke, 7; 36. Oğulcan Çağlayan, 45. Recep Niyaz, 45+2. Edomvonyi, 81. İqiebor, 90+1.

Beşiktaş - Fənərbaxça 1:1

Qol: Abubakar, 45 - Marselo, 90+5-avtoqol.

Qırmızı vərəqə: Şkrtel, 88. de Souza, 90+2 (hər ikisi "Fənərbaxça").

8 may

21:00 Akhisar - Qaziantepspor
21:00 Karabükspor - Osmanlıspor


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/197910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR