Tramp Makronu təbrik etdi

Tramp Makronu təbrik etdi
00:53 8 May 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Emmanuel Makronu Fransada keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Publika.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Twitter"də yazıb.

Emmanuel Makronu Fransadakı bu günkü prezidenti seçkilərində böyük qələbə münasibətilə təbrik edirəm. Mən onunla işləmək imkanlarını səbirsizliklə gözləyirəm!" – deyə Ağ Evin başçısı öz "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Makronu bundan əvvəl Fransa prezidenti Fransua Olland, Böyük Britaniyanın baş naziri Tereza Mey, AFR-ın xarici işlər naziri Ziqmar Qabriyel, Avropa Parlamentinin rəhbəri Antonio Tayani, Avropa Şurasının sədri Donald Tusk, Belçikanın baş naziri Jan-Klod Yunker və Avropa Komissiyasının başçısı Şarl Mişel təbrik ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR