Fransada prezident seçkilərinin II turunda fransızlar zəif iştirak edib

Fransada prezident seçkilərinin II turunda fransızlar zəif iştirak edib
01:02 8 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Paris. 8 may. REPORT.AZ/ Fransada builki prezident seçkilərinin II turunda fransızların iştirakı zəif olub.
"Report"un Fransa bürosu xəbər verir ki, «Elab» sorğusunun nəticələrinə əsasən Fransada prezident seçkilərinin II turunda iştirak etməkdən yayınan seçicilərin sayı 26 % olub.
Seçkilərdə iştrak etməyənlərin sayı 1969-cu ildə keçirilmiş prezident seçkilərindən sonra - 48 ildən sonra ən yüksək göstəricidir. Belə ki, həmin ildə keçirilmiş seçkilərdə seçicilərin 31,15 %-i səsvermə məntəqələrinə gəlməmişdi. 1969-cu ildə fransızların yalnız 68,85%-i prezident seçkilərində səs vermişdi.
Builki prezident seçkilərinin I turunda seçicilərin iştirakı 77,7% olmaqla müxtəlif sorğuların nəticələrinə görə 73% ilə 75% arasında müəyyən edilən II tura nisbətən yüksək olub.
Xatırladaq ki, 2002-ci ildə Fransada prezident seçkilərində Jak Şirakı prezident seçməklə digər namizəd, "Milli Cəbhə"nin lideri Jan - Mari Le Penin (Marin Le Penin atası – "Report") seçilməsinin qarşısını alan fransızların seçkilərin II turunda iştirakı 79,7 % olub. Bu da Fransa tarixində ən yüksək göstəricilərdəndir.





Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-prezident-seckilerinin-ii-turunda-fransizlar-zeif-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR