Aralıq dənizində baş vermiş gəmi qəzasında azı 80 miqrant həlak olub

Aralıq dənizində baş vermiş gəmi qəzasında azı 80 miqrant həlak olub
01:12 8 May 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Aralıq dənizində baş vermiş gəmi qəzasında azı 80 miqrant həlak olub.
"Report" xəbər verir ki, bu barədə "TASS"agentliyi xilas edilmiş 40 miqranta istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə zamanı gəminin göyərtəsində 120 nəfər olub. Liviya sahillərindən suya çıxan gəmi miqrantlarla açıq dənizə istiqamət alıb. Onlardan yalnız üçdə birinin həyatını xilas etmək mümkün olub.
Xilas edilənlər Siciliya adasındakı Raquza yaxınlığındakı Poççalo portuna çatdırılıblar. Raquza Prokurorluğu faktla bağlı təhiqata başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/araliq-denizinde-bas-vermis-gemi-qezasinda-azi-80-miqrant-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR