Ucarda 6 otaqlı ev yandı

Ucarda 6 otaqlı ev yandı
02:24 8 May 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Ucarda fərdi yaşayış evi yanıb.

 

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında  rayonun Lək kəndində, 1969-cu il   təvəllüdlü Semen Məlikbağır qızı Hüseynovaya məxsus  1 mərtəbəli, 6 otaqdan və artırmadan ibarət yaşayış evində  baş verib. Ev sahibi evdə olmadığından   Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinə qonşular məlumat verib.

 

Yanğın zamanı S. Hüseynovanın şəxsi  əşyaları  və xaricdə yaşayan 2 qızının cehizi də evlə  birlikdə tamamı ilə   yanıb.  Hadisə yerinə  2 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub.

 

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqda ki tikililər  yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.   Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR