İslamiada-2017: Millimiz Kameruna qarşı

İslamiada-2017: Millimiz Kameruna qarşı
02:29 8 May 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün IV İslam Həmrəylik oyunlarında futbol yarışlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, rəsmi açılış mərasimi mayın 12-də olacaq Oyunlarda U-23 millimiz ilk görüşünü Kamerunlu həmyaşıdlarına qarşı keçirəcəklər.

 

Bu yaş qrupundan olan yığmamız yeni formalaşdığından komandanın hansı vəziyyətdə olması haqqında fikir yürütmək çətindir. Ancaq Yaşar Vahabzadənin komandası doğma meydan amilindən yararlanaraq mümkün qədər uğurlu çıxış etməyi hədəfləyir.

 

Heyətində üç nəfər 23 yaşdan daha böyük futbolçu olan yığmamızın əsası “Qarabağ” və “Qəbələ”nin gənc futbolçularından qurulub.

 

Kamerun U-23 millisi isə ölkəmizdə artıq bir dəfə matça çıxıb. Afrikalılar “Sumqayıt”a qarşı keçirdikləri yoxlama oyunundan 2:2 hesablı bərabərliklə ayrılıblar.

 

“Bayıl Arena”da baş tutacaq oyun saat 18:30-da start götürəcək.

 

Qeyd edək ki, qrupdakı digər matçda Səudiyyə Ərəbistanı ilə Mərakeş üz-üzə gələcəklər.

 

İslam Həmrəylik Oyunları

Futbol

A qrupu

18:30. Azərbaycan U-23 – Kamerun U-23

 

10:30. Səudiyyə Ərəbistanı U-23 – Mərakeş U-23


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR