Ucarda yaşayış evi yandı

Ucarda yaşayış evi yandı
04:53 8 May 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda fərdi yaşayış evi yanıb.

Publika.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Lək kəndində, 1969-cu il təvəllüdlü Semen Məlikbağır qızı Hüseynovaya məxsus 1 mərtəbəli, 6 otaqdan və artırmadan ibarət yaşayış evində baş verib. Ev sahibi evdə olmadığından Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinə qonşular məlumat verib.

Yanğın zamanı S. Hüseynovanın şəxsi əşyaları və xaricdə yaşayan 2 qızının cehizi də evlə birlikdə tamam yanıb. Hadisə yerinə 2 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/197914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR