Milli üzvü "fərqləndi", komandası düşmə zolağından uzaqlaşdı

Milli üzvü "fərqləndi", komandası düşmə zolağından uzaqlaşdı
07:22 8 May 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna Premyer Liqasında XXVIII tur davam edir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvü Pavel Paşayevin komandası "Stal" da növbəti oyununu keçirib.

İkinci altılıqda yerləşən və aşağı dəstəyə düşməmək üçün mübarizə aparan Kamienski təmsilçisi "Karpatı"nı qəbul edib. Görüş meydan sahbilərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Matça start heyətində başlayan Pavel oyunu əvəzolunmadan keçirib. O, 21-ci dəqiqədə "fərqlənib". Müdafiəçi sarı vərəqə ilə cəzalandırılıb.
 
Qeyd edək ki, 28 oyundan sonra aktivində 34 xal olan "Stal" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR