Totti vaxt verdi: 23 gün

Totti vaxt verdi: 23 gün
07:57 8 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Roma"nın əfsanəsi Françesko Tottinin karyerası ilə bağlı müxtəlif xəbərlər dolaşmaqdadı. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bir müddət öncə futbolla vidalaşacağı haqqında məlumat yayılan oyunçu indi də fərqli fikir səsləndirib.

"Canavarlar"ın yeni idman direktoru Monçinin Tottinin yayda karyerasını bitirəcəyi, lakin klubda qalacağını açıqlaması ilə bağlı suala cavab verən futbolçu hələ hər şeyin dəqiqləşmədiyini, yekun qərarını 23 gün sonra, yəni mövsümün sonunda açıqlayacağını bildirib: "Mövsümün sonunda öyrənəcəksiz. 23 gün sonra hər şeyi biləcəksiz".
 
Qeyd edək ki, 40 yaşlı hücumçunun bu açıqlaması isə bir müddət öncə yayılmış şayiələri yenidən gündəmə gətirib. Belə ki, hazırda "Marsel"də çalışan, bir müddət "Roma"nın da baş məşqçisi olmuş Rudi Qarsiya sabiq futbolçusu Tottini Fransa klubuna gətirmək istədiyini demişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR