İŞİD İraqda 6 nəfəri edam edib

İŞİD İraqda 6 nəfəri edam edib
08:27 8 May 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ İŞİD terrorçuları İraqın Kərkük vilayətinin Havicə rayonunda 6 nəfəri edam edib.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyinə Havicə administrasiyasının rəhbəri Şehban əl-Cuburi məlumat verib.
O, bildirib ki, silahlılar 3 ildir İŞİD-in nəzarəti altında olan ətraf kəndlərdə terrorçuluq əməllərini davam etdirirlər. Adminstrasiya rəhbəri qeyd edib ki, İŞİD 6 gənci İraqın təhlükəsizlik qüvvələri ilə əlaqə saxladığına görə güllələyib.
Qeyd edək ki, İŞİD 2014-cü ilin 10 iyunundan Kərkükün Havicə rayonuna nəzarət edir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-si-d-i-raqda-6-neferi-edam-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR